Dənizim...

Dənizim...
Sevgi Dünyası
10.09.2017 19
Dənizim...
Dəni[/b]zim ... Yenə gəldim ..[/b]
Yenə həyat dalğaları məni itələyə-itələyə yanına gətirdi ...Artıq inandım bu dünyadakı son ünvanımın sən olduğuna ...[/b]
Hər gəlişimdə - bəlkə də bu sondu" deyişimi xatırlayıram ...[/b]
Amma,kim bilir ...bəlkə də bu sondu ...Bəlkə də,bu sözümü xatırlamayacam bir də ...Bəlkə bu dəfə qucaqlaya bildim səni ...Bəlkə bu dəfə öpə bildim yanaqlarınnan ...[/b]
Ehh....dənizim mənim ...[/b]
İndi elə bil,bu dünyada başqa heç kim yoxdu ...Bir tək sən və mən ...[/b]
Biz bəlkə də,sahilində olan bir qum dənəsi,bir qaya parçası ...bəlkə də ləpələrin qayalara çırpılanda bir anlıq var olan köpük kimi kiçik və mənasızıq sənin üçün ...Amma sən ...sən fərqlisən ...[/b]
Bəlkə,insanları yanlış tanımağımnan danışım sənə ?Doğma bildiyim insanların bir anda necə yadlaşdığından ,hələ də gülümsəyüb rol oynamağımdan ,sadəcə - artıq heç nə əvvəlki kimi olmayacaq - deyə bilməməyimdən danışım ?[/b]
Qışqırım bəlkə,-sən belə deyildin axı dostum ?[/b][/b]
Noldu sənə ? Niyə dəyişdin ?Niyə soyuqsan,buz kimi ? Amma sus,cavab vermə ...Səbəblərin bəhanə olduğu bu zamanda doğrunu desən belə,inanacağımı düşünmürəm ... Sus ................[/b]
Bir az da qəribəlikdən danışım ?... Başa düşmədiyim insandan ...İncidə biləcəyimi düşündüyüm,və bundan çox qorxduğum tək insandan danışım ?Ehh,dənizim mənim ....heç bilirsən o necə fərqlidi ?O sadəcə bir gün öz nöqtəsini tapmaq üçün doğulub elə bil ...[/b]
Sonra nədən danışım?Uzaqdakı dostumdan,onun ucun nece darıxdığımdan,onu itirməkdən qorxduğumdan da danışım sənə ?[/b]
Hər şeyi danışım ? Axı niyə ? Niyə dinləyirsən axı bizi ? Bəs niyə susursan ?Niyə heç nə demirsən ? Bəs hanı təsəllini səndə axtaran onca insan ? Hanı qucağına axıdılan göz yaşları ? Hanı o sözlər ? Unutdunmu yoxsa ? ....Susursan yenə ...[/b]
Dənizim mənim ... İnsanlar toxunsun istəmirəm ...varlığımı,real olduğumu anlasınlar istəmirəm...Sən toxun ... Al götür məni buralardan ...Gəl gedək de,mənə ... gedək buralardan ...Apar sehirli,sualtı dünyana...Oğurla məni insanlardan ...[/b][/b]
 
Redakte etdi:  PRETTY_GIRL
[/b]скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!