Unuda bilmirəm.

Unuda bilmirəm.
Sevgi Dünyası
10.09.2017 40
Unuda bilmirəm.Sən uzaq deyilsən, ürəyimdəsən,Amma sənə gəlib çata bilmirəm.Sən məni unudub uzaqlaşırsan,Mən səni unuda, ata bilmirəm.Mən elə yanmışam, sovrulub külüm,Səndən ayrı necə danışım, gülüm.Tənha keçirdiyim hər günüm zülüm,Mən səni unuda, ata bilmirəm.Neynirəm qismətə düşən bu payı,Keçir həsrət ilə hər günü ayı,Ürək sevə bilmir səndən savayı,Mən səni unuda, ata bilmirəm.Mənə ürəyini açandan bəri,Qurumur gözümün bir gündə nəmi.De, hara aparım bu yükü, qəmi?Mən səni unuda, ata bilmirəm.Qəlbimdə sevəcəm səni hər zaman,İnan, ürəyimdə qorunacaqsan.Sən məni çox asan unudacaqsan,Mən səni unuda, ata bilmirəm..скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!