Bir küs bir barışıq...

Bir küs bir barışıq...
Sevgi Dünyası
10.09.2017 42
Bir küs bir barışıq...
 Bir küs bir barışıq əlaqələr gərəksiz bir yükdən kənar deyil. Gerçək sevgiylə müqayisə edilə bilməzlər.
Hər iki tərəfin də boşluqlarının doldurulduğu anlara bərabər gəlir amma əslində bu cüt, doğru cüt deyil. Davamlı eyni səhvi etmək də ağıllıca deyil və yaşamaq deyilən macəranın mənasını pozar.
Yaşadıqca, yaşlandıqca daha yetkin və daha təcrübəli olacaqsan. Həyatın gözəllikləri kimi, acı verici anları da olacaq. Əhəmiyyətli olan nəyi öyrənib, cibinə qoya bildiyindir.
Xəyal qırıqlıqları hamımız üçün etibarlıdır. Hamımız düşə qalxa öyrənirik. Bildiklərimiz üçün ağır əvəzlər ödəyirik.
Ümid edirəm həyatı ağılın, sağlam fikirin və hisslərinlə xırmanlayaraq icra etməyi bacara bilərsən. Heç bir şey səni qorxdurmasın. Pessimizmə düşmə, imtina etmə amma boş və məntiqinə uyğun gəlməyən işlərin arxasından da getmə..
Ömür çox uzun kimi görünsə də, göz açıb bağlayana qədər keçir. Hər anını gözəl və yaxşı şeylərə xərclə. Özünə sərmayə qoy, həmişə irəliyə bax. Keçmişdən peşmanlıqlar deyil, dərslər daşı. Gələcəyinə hədəflər qoy və o yolda get. Ürəyini təmiz tut. Yolun həmişə açıq olacaq.
Tərcümə və Redaktə etdi: PURE LOVEскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!