Eşidirsən? ikimizi izah edirəm

Eşidirsən? ikimizi izah edirəm
Sevgi Dünyası
10.09.2017 66
 Eşidirsən? ikimizi izah edirəm

 

Məndən, səni izah etməmi istəsəydilər, bir ürək izah edərdim içində gepgeniş bir dünya, dünyada böyük bir fənər və sevgi yolu işıqlandıran bir fənər.
 
Eşidirsən? ikimizi izah edirəm

Desədilər yaz onu; yazardım ən gözəl şeirləri dilsiz istəkləri qaranlıq quyu diblərində diyirlənən eşqləri. Yazardım barmaqlarım göyərənə qədər yazardım ürəyim yorulub dayanılana qədər.
 
Eşidirsən? ikimizi izah edirəm
Desədilər çək onu; çəkərdim dünyanı, dünyanın hər tərəfində açan yeddi rəng ən mövsümsüz çiçəklərin açdığı naxışlı oyalı diqqətli bir dünyanı və qorxardım öz çəkdiyim dünyaya toxunmağa, qorxardım çiçəklərin yarpaqların solmasından.
 
[/b]
Desəydilər kimdir O ?
O deyərdim O hansıki ürəyində dəryaları daşıyıbta tək bir mənə danışa bilməyən, o sərhədsiz sevgi dəryasında yelkən açıb gedərkən sevgisini utancaq şəxsiyyətinə basdıran biri idi.
 

Və O deyərdim ;
Məni səhərlərə qədər özünü düşünmək məcburiyyətində buraxan insafsız biri O danışsa ürəyindəki allı təbəssümlərdə itərdim, danışsa yanmadan yıxılmadan söndürərdi məni dərdim. Siqaret qədər narkomanı olduğum içki qədər başımı çevirən, görmədiyim qədər darıxdığım, darıxdığım qədər toxuna bilmədiyim, toxuna bilmədiyim qədər ürkək...
 
Eşidirsən? ikimizi izah edirəm
Və O deyərdim ;
Yaşayıbta itirdiyim deyil yaşamayıbta bilmək istədiyim, danışmasını gözlədiyim dodaqlarının təbəssümünə həsrət qaldığım həsrəti ilə əridiyim, yanımda ikən belə darıxdığım getdiyi yolu qısqandığım işıqlıq günlərimi axtardığım.
 

O deyərdim ... Suallarla dolu O.Tanıdığım qədər yad biri .


Eşidirsən? ikimizi izah edirəm
Bəs mən kiməm?-qəlbi buza dönmüş.qadınlıq hisslərini itirmiş günəşin en qizmar istisində belə əlləri buz bağlayan biri və sənə görə bədbəxt olduğu üçün dünyanın ən xoşbəxti olan biri...


Redakte etdi: PRETTY_GİRL

[b]

 

 
скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!