Bağışla şeiri

Bağışla şeiri
Sevgi Dünyası / Şeirlər - Hekayələr
07.11.2017 133
Gedirsən, nə deyim, nə söz söyləyim
Saxlaya bilmədim yolundan səni
Sənə inanmişdım, könül vermişdim
...Çox heyif, indicə tanıdim səni,

Sən mənim gözümdə uca bir dağsan
Əyilmə sevginin göz yaşlarına
Sübhələr qoymadı səni sevməyə
Yalandı... aldanma göz yaşlarına..

Dəlisov sevgim də, məhəbbətim də
Olmayıb, hamsını yalan demişəm
Baxma ki, indicə doldu gözlərim
Yəqin varlığına çox öyreşmişəm..

Qəlbinin yerinə bir daş bağla sən..
Bəlkə eşq önündə əyilə bildin!
Necə inanmışdım xoş sözlərinə...
Sən məni dəlilər kimi sevirdin..?

Sözlər, şerlər də bəs etmir mənə
Bu dərdi daglara danışsam azdır..
Bəxtim gözlərimin içinə baxıb
Ayağım altında bir quyu qazdı...

Bağışa söhbətim çox uzun çəkdi
Gedirsən yolundan etməyim səni
Taleyim beş günlük sevinəcəkdi..
İndi çalisacaq unutsun səni..

Indi nə etsən də, nə söyləsən də
Ovuda bilmərsən yanan qəlbimi
Özün öz əlinlə yıxdın bu eşqi,
Öldürdün, dərdindən ölən sevgimi...скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!