Ağlama Ürəyim, Ağlama Daha...

Ağlama Ürəyim, Ağlama Daha...
Sevgi Dünyası
10.09.2017 60
Ağlama Ürəyim, Ağlama Daha...
Bilməzdin əzablar çəkəcəksən sən,
Bilməzdin dirilib öləcəksən sən.
Ağlamaqdan Vallah tükənəcəysən,
Ağlama ürəyim, ağlama daha.
Ağlama Ürəyim, Ağlama Daha...
Qoyma düşmənlərin baxıb gülsünlər,
Qoyma dərt sərini onlar bilsinlər.
İzin ver göz yaşın dostlar silsinlər
Ağlama ürəyim, ağlama daha.
Ağlama Ürəyim, Ağlama Daha...
Sən layiq deyilsən bu göz yaşına,
Sevdiyin daş saldı sənin başına.
Ağlamaq yaraşmır sənin yaşına,
Ağlama ürəyim, ağlama daha
Ağlama Ürəyim, Ağlama Daha...
Həyatdan ağrılar çox görmüsən sən,
Bilirəm o şəxsi çox sevmisən sən.
Onun yoxluğunda yaş tökmüsən sən,
Ağlama ürəyim, ağlama daha.
Ağlama Ürəyim, Ağlama Daha...
Yoxsa peşmansanmı sən sevdiyinə,
Təkcə özün inan öz bildiyinə.
Ağlamaqdan qurtar get sevdiyinə,
Ağlama ürəyim, ağlama daha.
Ağlama Ürəyim, Ağlama Daha...
Saatlar tez ötdü dəyqələr bitdi!!!
Buda bir taledi tez gəldi keçdi.
Göz yaşı faydasız, ağlamaq gecdir,
Ağlama ürəyim, ağlamama daha  
                                                       (Nüsrət Kəsəmənli)


Redakte etdi: PRETTY_GİRL


скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!