Ağlayan Məktub (3)

Ağlayan Məktub (3)
Sevgi Dünyası
10.09.2017 25
Ağlayan məktubu niyə geri göndərdin mənə
Mən peşman olmuşdum yazdıqlarıma
Hər sətirində acı verdim sənə
İndi çəkirəm bu ağrını səndən çox

Başqası uğruna tərk etdim səni
Özümcə tapmışdım daha yaxşısını
Vəd etdi mənə hər şeyin ən yaxşısını
Unut dedi mən sevərəm səni

Son görüşməyə saatlar qala
Fikirim dəyişdi bir anda
Unutdurmuşdu səni mənə
Ağlayan məktubu orada yazdım sənə

Sən ağlarkən mən görüşdüm onunla
Sevgi sözləriylə sarıldım boyuna
Tək unutduğum bir şey vardı əslində
Ağlayan məktub geri dönsə mənə



Yaz kimi gözəl günlər keçirdi əslində
Xoşbəxtliyin tam ortasında
Bilmədiklərim vardı əslində
Ağlayan məktub dayanırdı başımda

Zəlzələlərlə sarsıldım bir anda
Çətin gecələrin səhərində
Ürək dözməz etdiklərinə
Ağlayan məktubun qarğışı mənə

Sevgi sözləri bitdi bir anda
Ayrılıqdan bəhs etdi mənə
İnanmadım sarıldım boyuna
Ağlayan məktubu uzatdı mənə

Məndə yıxıldım o anda
Könülüm sarsıldı, qarardı dünyam
Günəşsiz qaldım gün ortasında
Ağlayan məktubun etdikləri mənə

Layiq olduğum cəzanı tapdım sonunda
Oda tərk etdi məni küçə ortasında
Etdiklərimi tapdım ürəyim dözməz buna
Ağlayan məktub eşqi haram etdi mənə

Gəlirəm səndən hesabını soruşmağa
Niyə göndərdin ağlayan məktubu mənə
Bitən eşqin faylını açdırdın mənə
Görüşək ağlayan məktubu götürdüyün küçədə


Tərcümə  etdi: PRETTY_GİRL
скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!