Mən kaşki sənin o uzaqlara baxan gözlərinə vurğun olsaydım

Mən kaşki sənin o uzaqlara baxan gözlərinə vurğun olsaydım
Sevgi Dünyası
10.09.2017 40
 
Mən kaş ki sənin o uzaqlara baxan gözlərinə vurğun olsaydım, kaş ki tək buna görə sevsəydim səni. O zaman çox asan olardı səni keçmişə buraxıb getmək hər kəs kimi, unuda bilmək. Amma tək baxışların deyildi ki məni sənə beləsinə bağlayan. Həm bu fiziki bir eşq də deyildi heç bir zaman sənə hiss etdiyim. Bilirəm, əgər elə olsaydı aylardır üzünü görmədən sənin, yenə səninlə dolu belə yaşaya bilməzdim. Unudardım səni çoxdan. Həmişə başqa bir şey vardı ürəyimi sənə məhbus edən, həmişə nə olduğunu bilmədiyim bir şey vardı. Nə gözlərin idi məni sənə beləsinə bağlayan, nə o bütün dərdlərimi çətinlikmi al/götürüb içimi gözəlliklərlə dolduran o yaz səhərinə bənzər gülüşün, nə də camalın, gül yüzün…
Sən həmişə hər kəsdən fərqli gəldin mənə. Bilinməyənli bir tənlik oldun sən həyatımda, nə qədər məşğul olsam da anlaya bilmədim səni. Ya sən? sən heç anladınmı məni? Bəlkə də heç anlamaq istəmədin…
Mən kaşki sənin o uzaqlara baxan gözlərinə vurğun olsaydım
Halbuki gözlərəm bu susqun, bu qorxaq sözlərimdən daha çox şey izah edərdi sənə. Doğru ya sən mənim gözlərimi bəlkə də heç həqiqi görə bilmədin, fotoşəkil çəkərək sığınmışdı köhnəlmiş gülüşlərim. Halbuki mən burada capcanlı qarşındayam, gözlərimdə sən varsan. Kaş ki görə bilsəydin məni, kaş ki sevə bilsəydin məni…
Mən kaşki sənin o uzaqlara baxan gözlərinə vurğun olsaydım
 Məni əgər həqiqətən tanısan bilərsən bir şəkildə; sevərəm sözləri də qorxaram çox, sahibindən saxlayaram vusala çatmış, bir bütün cümlə olmuş o sözləri. Məni tanısan bir az olsun bilərsən əslində kimsənin nə baxışına könül verərəm, nə də torpaq olub gedəcək olan bədəninə. Sənin də "uzaqlara doğru bir baxışın vardı, kaş ki tək bunun üçün sevə bilsəydim səni."
Mən kaşki sənin o uzaqlara baxan gözlərinə vurğun olsaydım
Uzaqlara baxa baxışların vardı, sevirdim baxışlarını. Amma səndə sevdiyim heç tək baxışların olmamışdı. O qədər zamana baxmayaraq hələ bilmədiyim və 5 gündəlik eşqlərə inad hələ səndə olan ürəyimi sənə bağlayan bir şeylər vardı səndə. Və serde elə çox söz vardı ki; qorxaq…
Mən sənin varlığını sevdim. ən böyük təkliyimi səndə yaşamış olmağı, göz yaşlarımı uğruna tökmüş olmağı, sənə dair hər şeyi… Ürəyini sevdim ən çox da mən, ürəyimə toxunan o ürəyini.
Mən kaşki sənin o uzaqlara baxan gözlərinə vurğun olsaydım
Sən bəlkə də yalnız sevilməyi sevdin, mənsə ən başından bəri yalnız səni. Kaş ki səni deyil də elə uzaq uzaq baxışlarını seve bilseymişim, o zaman belə yorğun düşməzdim. Asan olardı bir çırpıda silib ata bilmək ya da unuda bilmək, yox edə bilmək sənə dair hər şeyi. "Səni sevməkdən deyil, itirməkdən qorxaram…" Deyən mahnılar dinləməzdim bir də heç.
Uzaqlara doğru bir baxışın vardı, kaş ki tək bunun üçün sevsəydim səni…
 
Tərcümə etdi: PURE LOVEMən kaşki sənin o uzaqlara baxan gözlərinə vurğun olsaydımскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!