Ürəyimdə sən varsan!

Ürəyimdə sən varsan!
Sevgi Dünyası
10.09.2017 9
 

Salam canım bu gün sənə izah etmək istədiklərim var.. Əslində bildiyin, hiss etdiklərindir..

Həyatım səndən sonra çox mənasızlaşdı, həyatda tək yaşama səbəbim sən idin əslində. Səndən mənə qalan xatirələrin, bir də köhnə bir şəklindir. Ayrıldığımıza baxmayaraq şəklimizə baxarkən gülmək krizinə tutuluram, çünki ürəyimdə sən varsan.

İkimizə aid nə varsa sətir-sətir hamısı ağlımdadır. Bilirsən niyə? Ürəyini hiss etmədən sən olmuşdum. Ürəyimdə qoyub getdiyin acıları sildim tamamilə. Unutdum demirəm, hərdənbir ürəyim sızlasa da Səni bagışlamayacaq və sevməmək üçün həyatının sonuna qədər müqavimət göstərəcək..

Canım bizim sevgimiz də digərləri kimi "sənsiz ölərəm" deyib amma indi "sənsiz necə xoşbəxtəm" deyənlər kimi bir oyunmuş. Yadındadır sənə deyərdim ki, bizim sevgimiz fərqlidir ayrılığımız da heç kimə bənzəməyəcək. Sən də:-yox biz ayrıla bilmərik deyirdin, bu günsə heç kimə bənzəməyən ayrılığımız var..




İndi mən dərin bir yuxuya getmişəm. Məktubum sənə çatanda məni görməyə gələcəksən başlayacaqsan mənə yalvararaq bu sözləri söyləməyə: canım səni çox sevirəm, artıq sənə geri dönmüşəm bilirəm saf sevginə, ürəyinə çox acı çəkdirmişəm, gözümdən axan yaşları görürsən? Bax artıq mən dəyişib yaxşı biri olmuşam. İnan mənə bu dəfə sənə yalan ümid verib getməyəcəm, elə istəyirəm ki, hər şeyi yenidən başlayaq, bəlkə də çox xoşbəxt olduq. Kaş ki yenə əllərini tutsam, gözlərinə baxaraq xəyala dalsam və bir də heç ayrılmasaq. Bagışla... Ürəyimsən bagışla...







Görməyəcəyin bir şəkildə səni seyr edəcəm və var gücümlə sənə səslənəcəm : Canım yenə də bagışlayıram deyəcəm. Çünki ruhumda sən varsan. Məni buraxıb getmə deyəcəm, sənsə yenə əvvələr etdiyin kimi edəcəksən..

Məzarımın üstünə qızıl güllər qoyub arxana dönmədən məni tərk edəcəksən. Mənsə yenə də getməyini izləyə-izləyə ağlayaraq gətirdiyin güllərə baxıb səni sevirəm deyəcəm... Çünki ürəyimdə, ruhumda Sən varsan...скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!