Sən Gülümsə, Mən yaşayım..

Sən Gülümsə, Mən yaşayım..
Sevgi Dünyası
10.09.2017 11




Demə yorulmusan, yox, hələ məndə həsrətə, gözləməyə dözüm var.. Hələ az da olsa, sənə pərişan ürəyimi açmağa üzüm qalıb..
Sənin mərhəmətin varsa, mənə də mərhəmət göstər.. Ürəyim yalnız sənin xəstəndir.. Sinəmdə sənə deməyə sözlər yığılıb..


Məndən küsmə, mən özümdən küsürəm.. Getməyin məni yandırar..
İndi gülümsə mənə, o üzünü görüm.. Sən dəmi məni qoyub qaçanlardan olmaq istəyirsən?


Sən ətrinə vurğun olduğum gülsən.. Könlümü açan tək sənsən..
Dərdi, üzüntünü unutduram insansan.. Şübhən varsa, imtahan et, amma bu təşvişinə sevinirəm..


Sənə hər an əsir kimiyəm.. Sən həyatda yeganəsən.. Hər dərdimi yuyursan..
Sənin gözəlliyinin günəşi heç vaxt sönmür.. 

Sənin saflığındı mənim yazım, dayağım.. Sən olmayanda 4 divar, otağım mənə dardı..
Sənə milyon dəfə can deyərəm.. Məni şam kimi yandırıb axdırma..


Nəçə vaxtdır gözlərim gülmür, sənsiz kainatın heç bir mənası yoxdur..
Sən təki gülümsə, yazda da, yayda da, payızda, qışda da güllər açar..


Belə etmə, sanki ömrümü alıb küləyə verirsən.. Baxışım baxışınla gül açır..
Sən gəl, gülümsə mənə, yaşayım..
скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!