Biz İtirdik Sevgini

Biz İtirdik Sevgini
Sevgi Dünyası
10.09.2017 22



 

 


Niyə gülüm biz itirdik sevgini ?
O ki, bizə ən dəyərli gərəkdi.
İsraf etdik, tez bitirdik sevgini,
Sinəmizdə qalan bir boş ürəkdi.
Tez alışdıq, tez də söndük beləcə,
İndi bizi isitməyir eşq odu.
Doğma idik, yada döndük beləcə,
Silindikcə qəlbimizdən eşq adı.
Hər şeyin var bir ölçüsü, qədəri,
Hər şey gözəl, öz vaxtında tam olar.
Biz zay etdik, tez dərilən bəhəri,
Əvvəl sevgi, inam, sonra kam olar.
Hislər bizi qul etdikcə özünə,
Alovlandı ehtirasın atəşi.
Günəş dedik, biz şəhvətin közünə,
Qürub etdi sevgimizin günəşi.
Niyə gülüm biz itirdik sevgini ?
O ki, bizə ən dəyərli gərəkdi.
İsraf etdik, tez bitirdik sevgini,
Sinəmizdə qalan bir boş ürəkdi.
 



Redakte etdi: PRETTY_GİRLскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!