Getdi...

Getdi...
Sevgi Dünyası
10.09.2017 20


 


Ayrıldıq bir gecə,ayrıldıq tamam,

Köksümdən qəlbimin tamamı getdi.
Təsiri olmadı bunun heç ona,






Ayrıldıq bir gecə,itirdim səni,
Sahilə çatarmı yelkənsiz gəmi,
Yıxıb üzərimə ən ağır qəmi,
Üzündə təbəssüm gülərək getdi.









Ayrıldıq bir gecə,gözlərimdə nəm,
Dolaşdım tək tənha nə ağırmış qəm,
Yəqin gözləmədi,dözmədi qələm,
Bəxtimin xoşbəxtlik qatarı getdi.









Ayrıldıq bir gecə,o gündən bəri,
Qova bilməmişəm hələ kədəri,
Ürək yaralıdır,könlüm zədəli,
İradem,dözümüm onunla getdi.









Ayrıldıq bir gecə,bəlkə də bir gün,
Qəlbi hökm edəcək,dəyəcəkdir"dön",
Amma, artıq gecdir,saçlarımda dən,
Gəncliyim qoşulub o yara getdi.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!