Söz Ver ki,Bir Daha Dönməyəcəksən...

Söz Ver ki,Bir Daha Dönməyəcəksən...
Sevgi Dünyası
10.09.2017 23



 

 

Deyirdin heç zaman ayırmayacaq.

Taleyin dolanbac yolları bizi.
Sənsiz damarlarda qan axmayacaq.
Qəlbimdə qalacaq sevdanın izi.

Peşiman deyiləm gedirsənsə get.
Artıq öyrəşmişəm sənsizliyə mən.
Heç bir söz demədən sevgimi tərk et.
Söz ver ki, bir daha dönməyəcəksən.

Bilirəm nə vaxtsa dönüb geriyə.
Məzarım üstündə ağlayacaqsan.
Ötən o günləri qaytarsın deyə.
Ağlayıb Allaha yalvaracaqsan.

Ancaq gec olacaq bu yalvarışın.
Daha hüzuruna gəlməyəcəm mən.
Həmdəmin olacaq soyuq baş daşım.
Ruhumu görüşə göndərəcəm mən.

Ruhum canlanacaq cismim şəklində.
Qaçaraq boynuna sarılacaqsan.
Birlikdə gedərək görüş yerinə.
Son görüş gününü danışacaqsan.

Suallar yağacaq yağış tək yenə.
Cavablar həm yalan, həm düz olacaq.
Hardasa bir yalan deyəndə sənə.
Sənin gözlərində yaşlar dolacaq.

Yenə küsəcəksən körpələr kimi.
Yenə yanağında yaşlar axacaq.
Deyəndə SEVİRƏM mən təkcə səni.

Qolların cismimi qucaqlayacaq.




 
 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!