Əgər...

Əgər...
Sevgi Dünyası
10.09.2017 18



O qədər də əhəmiyyətli deyil buraxıb getmələr,
arxalarında doldurulması
mümkün olmayan boşluqlar buraxılmasaydı əgər.
Dözülməsi o qədər də çətin deyil, böyük ayrılıqlar belə,
ən gözəl yerdə başladılsaydı əgər.
Utanılacaq bir şey deyil ağlamaq,
ürəkdən süzülüb gəlirsə gözyaşı əgər
Üz qızardan bir günah deyil oğurluq,
oğurlanan birinin ürəyidirsə əgər.

O qədər də ürək burxmazdı alışılmış bir səs,
heç bir zaman eşidilməsəydi əgər.
Naməlumluğa yelkən açardı iri ala gözlər zamanla,
elə dəli tərəfindən baxmasaydılar əgər.
Yerini başqa şeylər ala bilərdi uzun gecə söhbətlərinin,
son siqaret qurtum qurtum paylaşılmasaydı əgər.
Xülyalara belə qar yağmazdı heç bir zaman,
meydan döyüşlərində qorxular, eşqi ağır yaralamasaydı əgər.Su kimi axıb keçərdi heç keçməyəcəkmiş kimi dayanan zaman,

gözləməyə dəyəcək olan gələcəksə sonunda əgər.
Rəngi belə solardı xülyalardakı saçların zamanla,
tərifsiz qoxuları yastıqlara yapışıb qalmasaydı əgər.
O böyük, o görkəmli son, ölüm belə mənasını itirərdi,
yaşanılası hər şey yaşanmış olsaydı əgər.
O qədər də çəkilməz olmazdı təkliklər,
son ümid işığı da sönməmiş olsaydı əgər.Bu qədər də istilətməzdi bəlkə də bahar günəşləri,

hər itirilənin ardından həyat yenidən başlamasaydı əgər.
Nahardan da əvvəl siqaretə sarılmaq şərt olmazdı bəlkə də,
nəhəng bir həsrət dalğası meydan oxumasaydı əgər.
Kimsəsiz bir yuva belə cənnətə çevrilə bilərdi bəlkə də,
isti bir gülüşlə isidilsəydi əgər.
Yoxsul düşməzdi köhnəlmiş şərab dadındakı şeirlər beləsinə,
qulağına oxunacaq biri olsaydı əgər.
Həqiqətən boyunu bükməzdi çobanyastığılar,
xəyanətindən onlar da payını almasaydı əgər.
Tənhalığa təslim olmazdı sahillər,
Öz naməlum sahillərində məqsədsiz gəzintilərlə ovunmağa qalxmamış olsaydın əgər.
Sən getdikdən sonra tək qalacağam.
Tək qalmaqdan qorxmuram da,
ya canım əllərini tutmaq istəsə...
Bəli Sevgili,
Kim darıxardı ovuc içlərinin tər qoxusunu,
kim uzanmaq istəyərdi incə barmaqlarına,
keçmişlərində görkəmli bir yaşanmışlığa şahidlik etmiş olmasadılar əgər!!

Redakte etdi: PRETTY_GİRL


скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!