Sən mənim hədiyyəmsən....

Sən mənim hədiyyəmsən....
Sevgi Dünyası
10.09.2017 22
 
 

Sevgi hədiyyədir bizə verilmiş əvəzolunmaz hədiyyə

 
Sevmək ancaq sənin və mənim görə biləcəyimiz möcüzədir

 
Dünyanın yalnız sən və məndən ibarət olduğu möcüzə

 
Sevgi bizim günəşimizdir bütün fəsillərdə istisini bizdən gizlətməyən

 
Sevgi səssizlikdir ancaq gözlərin danışdığı səssizlik

 
bir toxunuşdur görməsən belə hiss edə biləcəyin

 
Bir sirrdir... Bizim sirrimiz

 
Bir ətirdir qoxusundan doya bilməyəcəyin

 
Sənə toxunmasa belə hiss edə biləcəyin

 
sevgi sənsən, sevgi mənəm

 
Sevgi bizik

 
İçimdə var olan sənsən

 
İçində var olan mənəm

 
Sevgi bizim sonsuz dünyamızdır

 
O bizim balaca tumurcuqdan böyütdüyümüz ağacımızdır.


Bəlkə darıxmaqdır.

 
Axı darıxanda ilk onun səsini eşitmək istərsən, ona toxunmaq istərsən

 
O olmayanda boğularsan, sanki dünyan donmuş kimi

Mən darıxıram, boğuluram.. Sanki nəfəsim kəsilmiş kimi....
 

Sevgimizi qoruyaq...
Kimsə incitməsin onu...
Axı o bizim əvəzolunmaz hədiyyəmizdir
Bir daha tapa bilməyəcəyimiz

Sən mənim hədiyyəmsən....

 

 

C_Eскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!