Sənlə xoşbəxtəm

Sənlə xoşbəxtəm
Sevgi Dünyası
10.09.2017 15
Hər günümü hər anımı səninlə keçirtmək istəyirəm. Bütün arzularım xəyallarım səninlədir. Çünki səninlə özümü xoşbəxt hiss edirəm. Həmişə demişəm yenədə deyirəm nə yaxşıki həyatımda varsan. Mənə həyatın ən gözəl hissini yaşatmısan.
Səninlə olarkən bütün dərdləri əzabları unuduram. Ağladığım günlər yaddan çıxır. Sən mənə ağlamağın kədərlənməyin nə olduğunu unutdurmusan. Mənə xoşbəxtliyi daddırmısan.
Həyat məni çox sınayır çox dərd verir. Həyatda bəzi haqsızlıqlara qarşı mübarizə aparmaqdan yoruluram. Amma sən mənə güc verirsən. Sənin sevgin mənə qüvvət verir, inam verir. Həyata gələcəyə inam verir. Sanki səndən əvvəl mən həyatın gözəlliklərindən xəbərsiz idim. Həmişə istəmişəm xoşbəxt olum dərdləri unudum.
Xəyallarımda canlandırdığım xoşbəxt günləri səninlə gördüm.Xəyallarım gerçək oldu.Arzullarım reallaşdı.Ömrümün qalan hissəsini də səninlə keçirtmək istəyirəm.Sevmək istəyirəm amma aldığım zərbələrə aldanmağıma görə sevə bilmirəm. Kiməsə yenidən inana etibar edə bilmirəm..Amma sənə bütün həyatımı etibar edirəm...Səni bütün qəlbimlə istəyirəm.
Çünki Səninlə Xoşbəxtəm!! 

Bəs sizin necə?
Özünüzü xoşbəxt hiss etdiyiniz kimsə varmı?скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!