Sevmək mənə heç yaraşmadı...

Sevmək mənə heç yaraşmadı...
Sevgi Dünyası
10.09.2017 21
   Sevmək mənə
heç yaraşmadı...
Sənin
bir zamanlar sevdiyin insan indi hər səhvindən sonra səni daha çox xatırlamağa
başlayıb. Səhvsiz hesab etdiyim mən ...Mənim
həyatım, mənim düşüncələrim, mənim qürurum...Hər şey "mən”idi. Bəlkə elə səni də buna görə
hər zaman özümdən uzaq tutdum. Öz dünyama sığdıra bilmədim. Kimsəni sevdama
layiq bilmədim. Amma sən...Sən çox başqa oldun. Hər keçən gün uzaqdan olsa belə
sənə necə bağlandığımı hiss edə bilirdim.Həmin anlarda bunu qəbul etməsəm də. Əgər indiki cəsarətim illər öncə
olsaydı əminəm ki, səni itirməzdim. Ən azından sənə özünü tanıtdırma
şansı verərərdim. Bəlkə də heç
alınmayacaq sevda olardı amma indi kaş
ki lər içində boğulmazdım. Özümü o qədər böyük, səhvsiz görmüşəm ki indi səhv
seçim məni sənə hər gün bir addım daha yaxınlaşdırır. Nə qədər
yaxınlaşıramsa o qədər də uzaq olduğumu
da bilirəm. Bizimkisi başlamadan bitən sevda idi. İndi nə sənin məni yenidən
sevəcək gücün qalıb , nə mənim sevirəm deyəcəkcəsarətim...Yalnış seçim həyatımı alt-üst etdi. Yalnız o zaman anladım.
Sevmək, sevdiyinə sahib çıxmaq ürək işidir. Sevdiyini dilə gətirəcək qədər cəsarətə
sahib deyilsənsə ən başdan yolundan dönəcəksən.Mən nə bu yoldan dönə bildim, nə sevdama sahib çıxa bildim....Sənə nə
dost ola bildim, nə də ... Həyat budur...İndi sənsizliklə yaxın dost olmuşam. Sevməkmənə heç yaraşmadı ...
P.S- Həyatda nə olduğundan aslı olmayaraq kiçik bir acı yaşamaq bəs edir ki, hekayə yazasan. Mən də yazılarıma belə başladım...Amma  başqalarının yaşadıqlarından yazıram.Bəlkə kimlərəsə dərs olar deyə. Sadəcə dinləyir və qələmə alıram. Öncələr buna diqqət etmədiyim üçün müəllif hüquqlarım qorunmurdu.İndi müəllif hüquqları qorunur. Başqa saytlara qoyularkən saytın adı istinad edilməlidir. Xüsusi olaraq Qadınlar.biz üçün
Müəllif : Never say never


Redakte etdi:PRETTY_GIRL

скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!