O bilmədi…

O bilmədi…
Sevgi Dünyası
10.09.2017 51
[/b]
 
O bilmədi…
Yalnız o
gün ilk dəfə qəlbimin olduğunu hiss
etdim…Həmin gün hansı ki səni
itirdim. Hansı ki sol tərəfimdə ağrı hiss etdim. Sevmərəm sanırdım. Unutmaq
asant sanırdım. Bəzən nifrət sevgiyə
qarışar deyirlər. Deyəsən doğrudur. Səni sevirəmmi nifrət edirəmmi özüm də
bilmirəm… Kaş ki hisslərimdən bir az daha tez əmin ola bilsəydim…Ya da kaş ki sən
mənim üçün bir az daha mübarizə aparsaydın. Gözlərim səni hər gün eyni yerdə
görməyə alışmışdı. Öncələri əsəbləşsəm də sonra…Sonra bir gün səni həmin yerdə
görməyəndə görəsən nə olub deyə düşünməyə başladım. Bir anlıq özünə gəl sən ki
onu sevmirsən dedim. Amma nə çarə uzaqdan uzağa necə bağlandığıımı özüm də
anlamamışam. Səni sevmirəm deyərkən də getməyəcəyini bilirdim. Getmirdin…getməyəcəm
deyirdin…Aylar keçdi,iller oldu. Sənsə hələ
də ordaydın… Amma bir gün tam da nəsə hiss etdiyimi anladığım zaman məndən
getdin… Bəlkə də özümdən xəbərsiz səni çoxdan sevirdim .Bu sualın cavabını heç
vaxt verə bilmədim…Sənsə Sevmirsən
dedin. Məni yarım qoyub getdin. Məni məndən
alıb getdin. Kim deyərdi mən də nəsə
hiss edə bilərəm. Amma bunu sənə heç
vaxt deyə bilmədim. Ya mən gec qaldım ya
sən getmək üçün tələsdin. Mənə bunları yaşatdığına inana bilmirəm. Biri gəlib sənin
üçün ağladı dedi. Biri hər gün onu unudacamdediyin halda unuda bilmədiyini dedi. Biri sənin içindəki yerini doldura
bilmir dedi. Mənə nə? deyib keçdiyim halda ən adi bir xəbər gözlərimi güldürürdü.
Amma içimi də yandırıdı. Bir gün….Bir gün başqasını sevir xəbərini eşitməmək
üçün sənə yaxın olan hər kəsdən uzaqlaşdım.İndi hər gün güzgüyə baxdığm halda kimsəni görmürəm.Çünki, burada deyiləm.Mən
çoxdan getmişəm.Sənin məndən getdiyin gün mən də getmişəm. Bağışla …Bağışlaki
bir sevgini başlamadan bitirdim. Sənə qarşı nələr hiss etdiyimi heç vaxt bilməyəcəksən.
[b]
Müəllif : never say never

P.S
- Müəllif hüquqları qorunur. Xəbəri başqa saytlara qoyarkən  saytın adı istinad edilməlidir.Xüsusi olaraq qadinlar.biz üçün.

Redakte etdi: PRETTY_GIRLскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!