Boş ver deyirəm amma boş yerə.

Boş ver deyirəm amma boş yerə.
Sevgi Dünyası
10.09.2017 19
[justify][/justify]
Bəzən
davam edəcəm deyirsən, bitdi deyirsən. Bir gün, iki gün... bəs sonra? Sonrası yoxdur. Verdiyin sözü unudursan. Hər kəsi, hər şeyi unudursan amma alınmır.
Düşünürsən ki, niyə xoşbəxt deyiləm? Kimsəyə yalandan "canım” , "Seni sevirəm”
, "darıxıram” demədim deyə? Yalansevdalarla kimsəni incitmədim deyə? Yalan sevdalardan o qədər qorxub
içinə qapanırsan ki...Bir gün "O” gələndə onu da yalan bilib üz çevirisən. Və
bir an gəlir ki, onun sevda olduğunu anlayırsan amma nə fayda artıq o gedibsə. Əlbəttə biz alışmışıq axı itirdikdən sonra qiymət bilməyə.
Gedənin arxasıdan baxmağa...Qürur dediyim duyğuməni elə bir hala saldı ki, indi kömək et deyirəm yenə əyilmir.
Peşmanlıq desəm içimi yandırmaqdan başqaheç nə etməz. Ürəyim sev dedi. Sevdim indi kömək et deyirəm.Çarə ol
deyirəm. O da məndən üz çevirir. Gecələrdə də nə sirr varsa göz yaşımla birləşir.
Ağlım... yalnız o deyir sənə uzaq ol dedim. Amma nə edim ? Doğru insan olsa da
yalnış zamanda gəldi. İndi doğru zamandır amma gecdir. Mən səndən getdiyimi düşünmüşdüm amma səni tərk
edərkən özümü tərk etmişəm. Dünyam sən olmusan özümdən xəbərsiz. İndi sevirəm
desəm, gəl desəm...Haqqım yoxdur. Bir şansım daha olsa geri dönə bilsəm yenə səni istəmərəm. Sənin dünyanı yenə dağıda bilmərəm.Səndən gedərkən canımı yandırdın
dedin.İndi mənim canım o qədər çox yanır ki. Bilmirəm sənin canın bu qədər
yandımı...Boş ver deyirəm amma boş yerə.Səni unuda bilmirəm. Amma sən unut. Bu ayrılığı mən seçdim. Sən unut ,
xoşbəxt ol. O qədər xoşbəxt ol ki bir gün yanından keçib getsəm məni tanıma...
Müəllif : never say never
P.S - Müəllif hüquqları qorunur. Başqa saytlara qoyularkən saytın adı istinad olunmalıdır. Xüsusi olaraq Qadınlar.Biz üçün
Redakte etdi: PRETTY_GİRLскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!