Çiçəyin tökülən ləçəkləri (12-ci bölüm)

Çiçəyin tökülən ləçəkləri (12-ci bölüm)
Sevgi Dünyası
10.09.2017 9
Günlər, aylar keçmişdi. Heç nə unudulmamış, yaralar qabıq bağlamamışdı. Hər gün hər şey film kadrları kimi Çiçəyin gözünün önündən keçirdi. Çiçək həyata nifrət edirdi, yaşama səbəbi yox idi. Hətta intihara da təşəbbüs göstərmişdi. Bacarmamışdı. ALLAHa sığınıb bu fikrindən daşınmışdı.

O aylarca aynaya baxmadı. Şəkil çəkdirmədi. Baxıb da o boşluğu görməkdən qorxdu. Çiçəyin içində durmadan alovlanan bir yanğn vardı. Və bu alov yalnızca özünü yandırırdı...

Hər kəsin ona oyun oynadığını zənn edirdi. Hər kəsə, hər şeyə böyük bir yalanmış kimi baxırdı. Beynində minlərlə sual dolanırdı. Ağlını itirmişdi. Onu dəlixanaya aparmaqlarından qorxurdu. Sözün əsl mənasında dəlixanadakı dəlilərdən fərqi qalmamışdı...

Çiçək demək həyat demək idi bir vaxtlar. Artıq o həyat dolu qızdan əsər əlamət qalmamışdı. Yaşarkən ölmək. Yaşayan bir ölü olmaq. Çiçək buna ideal nümunə olmuşdu. Süleyman onun qatili idi, o da məzarsız bir ölü...

Bir Çiçəyin ləçəyindəki şeh tək onun gözlərindən yaş əksik olmurdu. Ləçəklərdən düşən şeh yanağından süzülürdü.

Gözlərindəki həyat işığı sönmüşdü. O gözləri işıldayan qızın gözlərində dərin bir boşluq görünürdü.

Gülüş dodaqlarında qurumuşdu. Qəhqəhələri ilə ətrafi aydınladan qız, səssizliyi ilə ətrafı dumanlandırırdı.

Çiçək artıq o Çiçək deyildi. Onun hər bir gözəl xasiyyəti onun bir ləçəyi idi. Çiçəyin ləçəkləri tək-tək tökülmüşdü...

-Firuzə xala: Eh, qızım, sən yenə ağlayırsan?

-Yoo, ağlamıram. Əsnədim gözüm sulandı

Çiçəyin kim bilir neçənci yalanı idi bu. Ağladığı halda "ağlamıram" deyişi. Kitab qarşısında açıq, guya kitab oxuyur. Lakin fikri yenə dalğın, ürəyi yenə sancılı. Beynində durmadan Süleymanın adı səslənirdi. O səsi susdurmağa çalışırdı. Dərindən nəfəs alıb fikrini dərsinə cəlb edirdi. Belə bir vaxtda oxumaq Çiçək üçün çox çətin idi. Olanları unudub, fikrini toplayıb dərsi qavramaqda çətinlik çəkirdi. Amma yenə də bacarırdı. Dərslərini heç vaxt axsatmırdı. Müəllimləri yenə ondan ağız dolusu danışırdılar...скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!