Abort etdirən "analara"...

Abort etdirən
Sevgi Dünyası
10.09.2017 23
[/center]
[center]


Qəfəsdə oturub ölüm əmrimi
Verdiyin saatı mən gözləyirəm


  Allahın hökmüylə yaranmışamsa

  Mənim fərmanımı niyə verirsən?



  Axı ana adı böyük, müqəddəs

  Evlad ölümünə qərar verərmi?

  Sən necə anasan? Bir ana da bəs?

  Bala qatilinə hec çevrilərmi?



  Məni cansız bilib lazımsız bilib

  Baci- qardaşımdan sən ayırırsan.

  Ay ana, bətnində olsam da hələ

  Sən mənim əzizim, mənim canımsan.



  Kəsmə nəfəsimi, qurbanın olum

  İzn ver həyata mən də doğulum.

  Laylanı eşidim nəfəsin duyum

  Gecələr qoynunda rahat uyuyum….



  Kiçik ürəyimin çırpıntısını

  Yəni hiss etmirsən? Bu nədir ana?

  Indi kəsiləcək əlim ayağim

  Bəlkə xətt çəkəsən öz qərarina?



  Dönmədin fikrindən ! qərarın qəti!

  Həkimin aləti…. mənim dəhşətim….

  Kəsilir bədənim, tutulur dilim….

  Gözlərin qapanır doğranır qəlbim……



  Mən sənin bətnində olsam da belə

  Hər zaman səninlə söhbət edərdim

  Sənin gözlərinlə hamını görüb

  Baci- qardaşımı əzizləyərdim.



  Atamın nəfəsin mən duymaq üçün,

  Nənəmin səsini eşitmək üçün,

  Baba qucağında mən gəzmək üçün ,

  Dünyaya necə tez gəlmək istərdim.!



  Sənin bu qərarın pozdu hər şeyi

  Dünyaya gəlməmiş dünyadan köçdüm.

  Məni qarşiladi göylər aləmi

  Bir kiçik bir gözəl mələyə döndüm.



  Hər kəsin alnına yazılıb ölüm

  Bu dünya hər kəsə bir qonaq evi

  Vaxt gələr bir zaman haqq dünyada sən

  Qalarsan bir küncdə canilər kimi.



  Cənnət anaların ayaği altda

  boş yerə deməyib bunu atalar

  Şikəst övladına verib canını

  müqəddəs analar, bəxtsiz analar



  sənsə yaşadığın rahat həyatda

  bir körpə ömrünə tab gətirmədin.

  Cəhənnəm yaratdın ayağın altda

  Cənnətin cəfasın cəkə bilmədin.



  Keçdim günahından anamsan axi

  Bilirsən mən səni necə sevirdim.

  Kiçik əllərimi sənə uzatdım…..

  Niyə bu körpəndən sən üz çevirdin?!



  Yenə də canımsan, qanımsan ana

  Mən səni hər zaman özləyəcəyəm.

  səni bircə anliq mən görmək üçün

  Cənnət qapısında gözləyəcəyəm!




 P.S. Bu şeiri tesadüfən abort haqqinda olan bir məqaləyə yazilan sərhlərdə gördüm və istədimki sizinlə paylaşimki hecvaxt bu səhvi tekrarlamayasiz.mütləq oxuyun .unutmayinki en gozəl duygu ANALİQ duygusudur!!!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!