Səndən Sonra

Səndən Sonra
Sevgi Dünyası
10.09.2017 20
 
Səndən Sonra

 [/b]
Səndən Sonra (Nüsrət Kəsəmənli)


 
Özünlə aparmısan
Günlərimin rəngini
Kədər mənə bənzəyir
Qəm kövrəlir sən kimi
İndi başa düşmüşəm
Sənsiz hər şeyim hədər
Səndən sonra heç kəsi
Sevmedim sənin qədər




Sevgi dolu baxışlar
Şəklindən baxır mənə
Dönəcəksən bilirəm
Sən əvvəl-axır mənə
Mən elə bilirdim ki,
Hər şey soyuyub gedər.
Səndən sonra heç kəsi
Sevmədim senin qədər




İçimdə tufan kimi
Çağlayır xatirələr
Göz yaşlarım qurumur
AglayIr xatirələr
Mən kədərdən doymuşam
Məndən doymayır kədər
Səndən sonra heç kəsi
Sevmədim sənin qədər




O qədər yaxın ikən,
Bu qədər uzaq olduq
Yorulduqmu sevgidən
Biz yarı yolda qaldıq
Mən əzablar içində
Sən özün məndən betər
Sən özün də heç kəsi
Sevmədin mənim qədər


Redakte etdi: PRETTY_GIRL

[b]

 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!