Evlilikdə qısqanclığı məğlub etmə yolları

Evlilikdə qısqanclığı məğlub etmə yolları
Sevgi Dünyası
10.09.2017 17

 Qısqanclıq evli cütlər arasında ən böyük problemlərə gətirib çıxaran faktorlardan biridir. Həm qadınlar həm də kişilər tərəfindən bəzi zamanlar ucu qaçırılan qısqanclıq hər nə qədər sevgiyə və eşqə dair işarələrin maskası ardında saxlanmağa çalışılsa da işin ucu çox elə deyil, xüsusilə həddindən artıq miqdarda yaşandığında.
Qısqanclıq sevgi və eşqə deyil sahiblənməyə işarə edən bir vəziyyət və bu həddindən artıq sahiblənmə duyğusunu, qısqanclığı məğlub etmə yollarını axtarırsınızsa, qısqanclıq necə məğlub olar sualını özünüzə soruşmağa başladınız deməkdir. Sizin üçün işinizi asanlaşdıra biləcək bir neçə maddədən bəhs etmək istəyirəm.

Budur qısqanclığı məğlub etməyin yolları üçün bir neçə ipucu:
Müqayisə etməyi buraxın, yoldaşınız, ətrafınızdakı insanlar, siz və digər hər kəs özünə xüsusi, növü şəxsinə münasib insanlardır. Bu səbəblə həyat yoldaşınızı qısqanmanıza səbəb olan müqayisə etmələrə sahibsinizsə, başqa insanlarla özünüzü müqayisə edərək əsəbiləşir, hirs krizisləri keçirirsinizsə yoldaşınız üçün xüsusi bir insan olduğunuzu ağılınızdan çıxarmayın, heç kim sizin bir bənzəriniz yaxud əvəziniz deyil.
Qısqanclığı məğlub etməyin yollarından biridə özünüzü müşahidə etməkdir. Hər qısqanclıq krizisi yaşadığınızda özünüzdəki dəyişmələri araşdırın. İçinizdə oyanan mənfi duyğuları, hisləri, ürək atışlarınızı və həm özünüzə həm ətrafınıza verdiyiniz zərərləri nəzərdən keçirin, bunlardan dərs almağa çalışın. Yox yerə girdiyiniz qısqanclıq krizislərinin yoldaşınızla aranızdakı gerçək problemlərin təməli ola biləcəyini unutmayın.
Sevginin daha çox sevgi, qısqanclığın daha çox çirkinlik, kobudluq və hüzn yaratdığını hər vaxt xatırlayın.
Tərcümə Etdi : N E L L I





скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!