Bəxtiyar Vahabzadədən gözəl bir şeir

Bəxtiyar Vahabzadədən gözəl bir şeir
Sevgi Dünyası
10.09.2017 51
[/center]
 Gəlirsən,gedirsən gözüm üzündə
[center]Bilmirsən nə deyir nə sorur atan!

Üzündə,gözundə hər bir sözündə

Qəlbini oxumaq istəyir atan!



Gəlirsən,gedirsən heç nə sormursan

Baxışlar danışır baxışlar ancaq

Bilmək istəyirəm ay mənim balam,

Səni isidirmi qondugun budaq?



Qınama bələdəm mən bu həyata

Kim çərxi geriyə döndərə bilmiş?

Qızına qızıldan taxt verən ata,

Qızıldan bəxtini kim verə bilmiş?



Gəlirsən,gedirsən,dəyişib bizim

Sözümüz sorgumuz bu sən,bu da mən

Elə gəlirən ki elə bil qızım,

Bu evdə dogulub böyüməmisən!



Bir az yad olmusan bir az utancaq

Əvvəlki ərkini istərəm yenə

Gələndə qonaqsan,gedəndə qonaq

Nə tez özgələşdi bu ocaq sənə?



Sənin xislətin nə tez dəyişdi?

Demə gileyliyem,yox!yox! şadam mən

Sev ki seviləsən bizim ki keçdi

İndi sənin üçün narahatam mən



Qoru hər ləkədən məhəbbətini

Hər yerdə,hər zaman,həmişə qızım!

Arxan ata evi səadətini,

Görüm ər evində tapasan qızı 

 





скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!