Ruhum Bir Az Ərindi

Ruhum Bir Az Ərindi
Sevgi Dünyası
10.09.2017 5
Dedim: tanıyım səni, dedin: hələ tələsmə
Dedim: anlayım səni, dedin: gəl belə əsmə.
Dedim: hiss edim səni, dedin ki, hələ tezdi.
Fikirləşdin ki, birdən, bu da qəlbimi əzdi.



Dedim: toxunum sənə, dedin: yaraşmaz mənə
Dedim: inanım sənə, dedin: alışmaz mənə.
Dedim: inan etmərəm heç bir pisliyi sənə
Dedin: başa düşürəm, amma tanımıram hələ.



Dedim: özümüz olaq qəlbimizin vəkili,
Vecimizə almayaq nə ayı, nə də ili.
Dedim: gəl ibrət alaq etdiyimiz səhvlərdən
Dedin: gəl danışmayaq çəkilən o dərdlərdən.



Dedim: gəl sübut edim sənə sadaqətimi
Dedin: bacarırsansa, oğurla bu qəlbimi.
Gözlərimi zillədim bükülmüş yumruğuna
Bir an arxayın oldum cavabın bolluğuna.



Fikirləşdim ürəyin yumruğun boydadısa,
Elədə də çəkinməyim, bu olacaq çox asan.
İndi anlayıram ki, qəlbin necə dərindi
Qanım qaynadığı vaxt ruhum bir az ərindi..



Müəllif: Hamit İsa.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!