Çox Vaxt

Çox Vaxt
Sevgi Dünyası
10.09.2017 5
Vüsalın gözləri hələ yoldadır,



Tutduğumuz yoldan qayıtmalıyıq.



Bir-birimizçün yaransaq da biz,



Belə məsləhətdi ayrılmalıyıq.



***



Ürəkdən qüssəni, qəmi kədəri,



Unudub biz yaddan çıxartmalıyıq.



İllərdi əzaba dözmüşük bəsdi,



Belə məsləhətmiş ayrılmalıyıq.



***

Şirin xatirələr ömrə bəzəkdir,



Sevgini ürəkdə yaşatmalıyıq.



Nəyinsə xətrinə ayrılmışıqsa,



Belə məsləhətmiş ayrılmalıyıq.



***



Ayrıldıq ürəkdə min əzab, min dərd,



Sən ayrı budaqda yurd – yuva saldın.



Səninçün yaşadım illər boyunca,



Sənsə ögeylər tək elə yadlaşdın.



***



Ayrı bir komanı isitsəm də mən ,



İllərdi qəlbimdə borandı, qışdı.



Daha soyuqluqdan buza dönmüşəm,



İstilik zahirən bir yaraşıqdı.



***



Beləcə fəsillər, aylar ötüşdü,



Beləcə saatlar döndü illərə.



Sevgisiz bir ömür közərdi, söndü



Beləcə gömüldü o zülmətlərə.



***



Daha ürəyimdə yerin boşaldı,



Sevgin ürəyimdə boş yersiz qaldı.



Bütün olmuşları unudaq gərək,



Axı biz neyləyək yollar ayrıldı!



***



Ömrüm varaqlandı yad bir nəfəslə,



Bu mənim taleyim, bu da qismətmiş.



Taleyin hökmüylə çarpışmaq olmaz



Yolumuz ayrıldı, bu məsləhətmiş.






скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!