Sən ağla ürəyim...

Sən ağla ürəyim...
Sevgi Dünyası
10.09.2017 12


Sən ağla ürəyim...dilin yox sənin... qolların yox...

sabahdan başqa sabah yox

duadan başqa ümidin

böyütmək üçün toxum əkə bilmədin

təmizlənmək üçün gözyaşı tökə bilmədin

yalnız nifrət etdin haqsızlıqlara

bəzən də susaraq

dilsiz şeytanı oynadın sahilimlərdə







Sən ağla ürəyim...

gülmə zamanı deyil

rükuya əyil... səcdəyə əyil...

amma əyilmə haqsızlıqlara

günəş səni gözləyər doğulmaq üçün

aypara səni gözləyər işıqlıq üçün

universitet kampusunda... məktəb qapısında...

bir könül səni gözləyər

azadlıq üçün...









Sən ağla ürəyim...

hiss etdiklərini düşünə bilməzsənsə

inandıqlarını yaşaya bilməzsənsə

buğlu baxışlar ağlamadan

saçlar çiyinlərə tökülmədən

sən ağla ürəyim...





İnandıra bilmədin könülləri

yumşalda bilmədin ürəkləri

dilin yox sənin... qolların yox

sabahdan başqa sabah yox

duadan başqa ümidin

gözpınarların quruyana qədər

Abdullah zəifdir bəlkə... ALLAH Qadirdir

İmdadına çatar əlbət...



Sən ağla ürəyim

Mələklər ağlamadan...








скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!