Öyrədəcəm özümü

Öyrədəcəm özümü
Sevgi Dünyası
10.09.2017 3




Öyrədəcəm özümü



Qorxuramki ayrılacaq bu yollar

Ayıracaq izlərindən izimi

Tək qalacam bir mən birdə divarlar

Sənsizliyə öyrədəcəm özümü







Ayrılıq bu qədər də sadəydimi

Gör mənə taleyim boyun əydimi

Əllərimə yad əlləri dəydimi

Əlsizliyə öyrədəcəm özümü







Demərəm sevirəm daha heç kəsə

Qoymaram xatirən sözümdən küsə

Dilim məcbur olub sevirəm desə

Dilsizliyə öyrədəcəm özümü







Bənövşələr məcbur boynun əyməmiş

Gecələrdə məcbur qara geyməmiş

Tellərimə yad nəfəsi dəyməmiş

Telsizliyə öyrədəcəm özümü 







Düşünməki ayrılarsa bu yollar

Qəlbimdəki yuvan uçub daqılar

Yalansa da qurub sənli xəyallar

Sənsizliyə öyrədəcəm özümü



скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!