Qisas

Qisas
Sevgi Dünyası
10.09.2017 14


 QISAS



Danışdım səninlə yaman maraqla,

Oynadım günlərlə odla alovla.

Əlvida deyirsən yadında saxla,

Bu odun qisasını səndən alacam.







Sanırdım səni cahanda bir inci,

Sən mənə çox gördün bu az sevinci.

Sən məndən incimə özündən inci,

Bu sevincin qisasını səndən alacam.







Səni səndən başqası alsada bir gün,

Qismətim məhbəs olsada bir gün.

Ömrümün sonuna qalsada bir gün,

Bu günün qisasını səndən alacam.







Sən mənim fikrimdə sanki mələkdin,

Yolumun üstündə səngərlər tikdin.

Ayrılıq silahın üstümə çəkdin,

Bu fikirin qisasını səndən alacam.







Al sənin olsun vəfan budursa,

Düz ilqar dediyin əgər odursa.

Qarşımda qocaman orduda dursa,

Bu eşqin qisasını səndən alacam.





скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!