Sən Mənə Lazım Deyilsən

Sən Mənə Lazım Deyilsən
Sevgi Dünyası
10.09.2017 15





Sən mənə lazım deyilsən…





Deyilsən, çünki:





Hər telefon zəng çalanda sən ümidilə açmamışam


Deyilsən, çünki:


Gecələr yastığı üzümə tutub sənin üçün ağlamamışam


Deyilsən, çünki:


Axşamlar səni düşünüb, səsinin ahəngiylə mən yuxuya getməmişəm..


Yəqin ki sevməmişəm.


Sən mənə lazım deyilsən… 


Deyilsən çünki:


Yollara baxdığımda izini axtarmamışam.


Deyilsən, çünki:


Yazdığın smslərlə təsəlli tapıb başımı qatmamışam.


Deyilsən, çünki:


Gecələr sənsizliyin pəncəsində vuruşub məğlub olmamışam.


Bax əzizim, yəqinki çoxdan unutmuşam…


Sən mənə lazım deyilsən…


Deyilsən çünki:


Gözlərimin önündə əksini heç görməmişəm.


Deyilsən, çünki:


Yoxsan deyə sənsizliyə üsyan etməmişəm..


Deyilsən, çünki:


Başqa sevgili görəndə ruhunu yanımda hiss etməmişən


Hiss edirsən, mən səni heç sevməmişəm…


Sən mənə lazım deyilsən…

Deyilsən çünki:


Varlığının arzusunu heç vaxt dua etməmişəm


Deyilsən, çünki:


Sənə aid olanları çoxdan yox etmişəm


Deyilsən, çünki:


Sənsizliyi ölümə tay tutmamışam…


Unutmuşam… unutmuşamsa bəs,


mən səni sevmədən necə unuda bilmişəm?







скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!