++++++++++++++Ana

++++++++++++++Ana
Sevgi Dünyası
10.09.2017 6
++++++++++++++Ana
 Hər baxışında bir məna gördüm,

Nədir gözlərində bu nisgil ana.

Söylə gözlərinin sirrini mənə,

Mənalı gözlərinə qurbanam Ana.



Ömrünü sən bizə həsr etdin,

Başın nələr çəkdi,nə dərdlər gördün.

Hər dərdi o kövrək qəlbinə gömdün,

Kövrək qəlbinə qurbanam Ana.



Sanki həyatda üzün gülməyib,

Söylə həyat sənə çoxmu dərd verib?

Hər gülən çöhrəndə sanki kədər var,

Kədərli çöhrənə qurbanam Ana.



Həyatda ən böyük dayağım oldun,

Tanrıdan ən böyük dayağım oldun.

Yaşamaq ümidim,isdeyim oldun,

Aldığın nəfəsə qurbanam Ana.



Sən yaşarsan məndə sənlə yaşaram,

Bilki bu həyatda senin üçün varam.

Sən mənim həyatda bir idealımsan,

Sənin gözəlliyinə qurbanam Ana.



Bəlkədə mən səni çox incitmişəm,

Ağrılı acılı günlər görmüsən.

Həyatda tək ümidim var,odaki sənsən,

Sənə ehtiyacım var bugün Ana.



Hər arzuma,isdəyimə yetirdin,

Öz ömrünü sən mənə həsr edirdin.

De necə qaytarım borcumu ana,

Qayğılı günününə qurbanam Ana.


                          


                Nüsrət Kəsəmənli
Redaktə Etdi: N E L L I            

                                                                                скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!