+++++++++++++++Sən Ağlama

+++++++++++++++Sən Ağlama
Sevgi Dünyası
10.09.2017 11
 
          



                      Zalım dünya davranır sevənlrə amansız

                        Ayrılıq gəlib çıxıb ömrümüzə zamansız

                        Qovuşmağa yox ümid yaşayıram gümansız

                        Barış bu qismətinlə sevginə yas saxlama

                        Mən dözərəm həsrətə yetər ki sən ağlama



                        Əl çatmayan xəyallar gözlərinə düzülür

                        Əlin dəymir əlimə ürək yanır üzülür

                        Göz yaşın yanağına damla-damla süzülür

                        Çəkib əzab ağlayıb üreyinmi dağlama

                        Mən dözərəm həsrətə yetər ki səm ağlama



                       İstəmədən ayrılıq qismət olubdur bizə

                       Düşübdür həsrət hicran adım-adım izimizə

                       Yollarımız ayrılıb həsrətik bir-birimizə

                       Bizim sevgi kitabımızı açıb heç varaqlama

                       Mən dözərəm həsrətə yetər ki sən ağlama



                       Son görüşdən ötübdür keçibdir neçe illər

                       Biz olduq dəyişməyən çox dəyişib fəsillər

                       Bu sevgidən yadigar qalıb köhnə şəkillər

                       Faydası yox rəsimimi cox öpub qucaqlama

                       Mən dözərəm həsrətə yetər ki sən ağlama



                       Çiçəklənən sevgimiz soldu çiçəklər kimi

                       Çaresizəm ürəkdə dəfn elədim sevgini

                       Çıxmayacaq rastıma çıxmayacaq rastıma

                       Sənə olan eşqimi birde gəzib axtarıb kimsədən soraxlama

                       Mən dözərəm həsrətə yetər ki sən aglama



                       Bu dünyaya gələnən puç yazıldı taleyim

                       Çox ağırdı dərdimi axı kimə söyləyim

                       Dözüb kədərə əziyyətə bu sevgidən neyləyim

                       Mən əlimi üzmüşəm sən də ümüd bağlama

                       Mən dözərəm həsrətə yetər ki sən ağlama



             Redaktə Etdi: N E L L I        



                      




                       [/b]

[b]
скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!