+++++++++++++++++Susmaq Ən Böyük Yalqızlıqdır...

+++++++++++++++++Susmaq Ən Böyük Yalqızlıqdır...
Sevgi Dünyası
10.09.2017 14


Bütün kəlimələrim, bütün söyləyəcəklərim, söylənməmişlərim. Susqunluğa bürünür yoxluğunda. Istəsəm də danışa bilmirəm səninlə. Susmaqdan başqa da bir şey gəlmir əlimdən. Susub gözümdən yaş axarkən gülümsəməkdən başqa. Acılarımı susdurmaq elə çətindir ki...Bu səssizliyimdə də anlaya bilərsənmi məni yenə? Bugün yenə gəlmək istədim sənə...Ürəyinlə danışmaq istədim...Boğazımda düyünlənən bütün sözlərim. "Kaş ki”lərə səbəb olacaqdılar, bilirdim. Günlərdir, həftələrdir, aylardır belə olur onsuzda. Ayaqlarımı qırdın gələ bilmirəm, dilimi lal etdin.

Yaraladın, amma ürəyimdə özünü öldürə bilmədin. Düz qapına gəlirəm və hətta nəfəsini duyuram

Sonra...Ardıma baxmadan iri addımlarla uzaqlaşıb gedirəm.Ya da uzaqlaşdığımı zənn edirəm. Bəlkə qaçaraq arxamda saxladığm sən. Ən yaxınımsan. Nə vaxt səninlə bağlı, gedişinlə bağlı bir şeylər düşsə yadıma,qovuram düşüncələri beynimin içindən, heç bir səsi dinləmirəm. Ya da gizlincə bir yerlərdə gizlənirəm. Gəlib məni gizləndiyim yerlərdən tapacağını bilə-bilə. Sən arxamda qalırsan, mən isə gedirəm. Həmişə tənhalığa məhkum olmayanlar geridə qalanlar olur. Mən tənhalığıma, yoxluğuma, kimsəsizliyimə gedirəm. Artıq hansı kəlməyə əlimi atsam, hamısı bir birindən qırıq,bir-birindən yarımçıq. Peşmanlıqlar boğacaq ikimizi də,"Kaş ki”lər güllələr kimi deşib ürəyimi "Kaş ki”lərimin məzar kimi susqun. Soyuq və dərinə düşürəcək bədənimi dinləsəydin ürəyinlə…Bəlkə anlaya bilərdin məni,duya bilsəydin söyləmədiklərimi,bütün sirrlərimi, yaşanmışlarımı, yarım qalmışlarımı…Hər şeyi heç düşünmədən paylaşdım səninlə. Ən ümidsiz anlarımda belə sığındığım oldun. Kiçik, körpə, şıltaq bir uşaq kimi azacıq canım yansa hemişə sənə şikayətlənirdim. De görüm indi səni kimə şikayət edim? Heç sevmədim susqunluqları, bilirsən...
Amma susmaq zamanıdır indi. Bəzi şeylər var ki, deyilmir, söylənmir. Söylənə bilmir. Sənə gülümsərkən belə bir bulud çökür üzümə adətən...
Fərqinə varmışam ki, susmaq ən böyük yalnızlıqdır...


Tərcümə etdi: PRETTY_GİRL

скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!