Təkliyim

Təkliyim
Sevgi Dünyası
10.09.2017 8





Heç kimi istəmirəm məni tərk etməyən təkliyimin yanına… Bu gecə və hər gecə susmaq istəyirəm…

Bu böyük kainatda, bu sonsuz qaranlıqda atdığım səssiz qışqırıqlara heç bir qulaq şahid olmasın… Uzaqlara çevirib gözlərimi boş düşüncələrə dalıb eləcə qalmaq…

Heç danışmadan

Heç eşitmədən

Heç görünmədən… 



Bu gecə tək qalmaq istəyirəm

Heç bir şey danışmadan insandan, dostdan uzaq…

Məni sevən hər kəsdən gizlənib öz dünyamda öz xəyallarımla qalmaq istəyirəm… Məni sevməyən hər kəsin həyatından itib onları öz dünyalarına buraxıb eləcə uzaqlaşmaq istəyirəm…

Bir mən bir də təkliyim varıq… Məni darda qoymayan bir tək o… Bu gecə və hər gecə uzaq olun məndən, toxunmayın dünyama… Susun nə olar susun… Rahat buraxın məni… Çarə deyilsiniz dərdimə…

Belə deyildim mən. 



Bu qəribə halım

Bu həsassızlığım

Bu həmdəmxəyallığım

Bu tündxasiyyətliyim

Bu təkliyim…

Hamısı səndən qaldı… Daşımaq məcburiyyətində buraxdın bu yükü mənə… Bu mənəmmi?.. Deyiləm!

Nə varsa könlümdə sən aldın apardın yar

Bu kədər mənə səndən yadigar…



Sonu gəlməz… Bitməz… Tükənməz…

Bir sən var idin məndə birdə mən… Sən özünü aldın getdin… Mən ele bildim qalaram halbuki çoxdan sənə dolanmışam… Səninlə getdim heç anlamadan.Çəkib apardın…

İçimdə ağlayan bir uşaq buraxdın yar

Bu ağrı mənə səndən yadigar…

Və qalan budur…



Ağlayan sızlayan kiçik bir uşaq…

Amma bitdi artıq gözyaşı yığılmır gözlərimdə…

Bu ağrı artıq yalnız ürəyimdə və gözlərimdə deyil…

Bütün bədənimdə…

Tək bir tərəfim yox ağrıyan…

Tərcümə etdi: PRETTY_GİRL




[b][/b]
.




скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!