Sevişmək bitdi

Sevişmək bitdi
Sevgi Dünyası
10.09.2017 24
Artıq sevişmək bitdi
Olüm kimi davam edir gecə

Eşq hələ gedilməmiş bir ölkədir, deyirsən.

Nəqədər uzaq getsən çıxa bilməz bədəninə,

özündən çıxa bilməz nəqədər yaxın gəlsən

Səssizcə dinləyirəm gecənin canlarını

açıq bir yara kimi çalır zənglər

vurulur səsində canları heyvanları

Çıxa bilmirəm səndən nəqədər uzaq getsəm.

Sənə varamıram

Nəqədər yaxın gəlsəm

Gözlərində

ağrının ürpərən bədənini oxşayıram

Hara axır, hansı ölü dənizə














Ölüm kimi davam edir gecə

Susamış bir yanğını söndürərək ürəyimdə

Çəkirəm korlaşmış bir alovun bayrağını

Səsindəki canları ən yüksək qülləsinə

bağlanır gecənin ağır qapısı

sonsuz mavi bir şüşə qırılır içimdə

Öpürəm

öpər kimi gözlərini son dəfə

ölüm kimi bir çox göz yaşlarınıскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!