Bilmədim

Bilmədim
Sevgi Dünyası
10.09.2017 8
Anam, susduqca içimdə boşluq böyüdü. Özümdən belə xəbərsiz böyüdü. O böyüdükcə kölgəsində qaldım, kiçilirdim sanki. Xəbərsiz yaratdığım qaranlığmda yolunu azmış qərib kimi özümü sağa-sola vururdum. Bilmədim...həyatın, yaşamın bu qədər çətin olduğunu bilmədim. Bəzən elə bir an gəlir ki, hər şey çətin gəlir. Nəfəs almaq belə. Ana, nəfəs almaq yaşamaqdı? Bəs niyə yaşadığımı hiss etmirəm? Susmağa o qədər öyrəşdimki, həqiqətləri özümə belə etiraf edə bilmirəm. Qaranlığımda kiçik bir işıq parlasa arxasınca qaçmağa hazıram. Və o işıqdı...Parıldayır. Mən yerimdə dayanmışam. Anam, bilirəm deyəcəksən gözlədiyin işıqdır. Amma olmaz. Alışdığım zülmətimdən çıxmaq qorxudur məni. O işıq gözlərimi kor edəcək. Hər zaman gözlədiyim o parıltının arxasıyca getmədim. Bilmədim, ana, bilmədim. Fürsətlərin hər zaman gəlmədiyini bilmədim. Cəsarətsizliyim, qorxularım məndə başqa mən yaratdı. O mənki artıq güzgüyə baxdıqda kimə baxdığımı bilmirəm. Tanımıram onu. Anam, tanımadığım o insanlardan danış. Danış yenə də biri vardı biri yox-la başlayan nağıllarını danış. Yaşadığım hər şeyin nağıl olduğunu söylə. Bəlkə də səhvi ən başda etdim. Həyatı da nağıl bildim. Nağıllardakı kimi hər zaman biri vardı biri yox. Yenə də ümidsiz olmadım heç. Axı nağıllar da belə başlayırdı. Sonda da xoşbəxt sonluqla bitirdi. Ya da yatıb qalar sonunu bilməzdim. Mənim nağılım isə çox uzandı. Deyəsən xoşbəxt sonluğa hələ çox var. Və artıq yuxum gəlir.

Müəllif -Never say never

P.S - Müəllif hüquqları qorunur.
скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!