DARIXIRAM SENIN UCUN NAZLIM

DARIXIRAM SENIN UCUN NAZLIM
Sevgi Dünyası
10.09.2017 25
 
 
Da-rı-xı-ram...hecalarla,darıxıram notlarla,darıxıram adını eşitdikdə donmuş ürəyimlə,darıxıram səsini eşitdikdə titrəyən əllərimlə
 
Bəlkə elə deyil? Bəlkə mən heç darıxmıram? Bəlkə mən bunları uydurmuşam? Mən hardan bilirəm ki,mən darıxıram? Axı mən hardan bilirəm ki,bu "Da-rı-xıram" necə olur?...Yox.Yox.Bilirəm!
Da-rı-xıram...hecalarla,darıxıram notlarla,darıxıram adını eşitdikdə donmuş ürəyimlə,darıxıram səsini eşitdikdə titrəyən əllərimlə.Darıxıram.....Sənin varlığını bildiyim üçün,hiss etdiyim xoşbəxtliklə.
 
Qoy uzaqdasan,amma varsan.Mən darıxıram sənin üçün.Sənin üçün.!Ürəyim donmuş halda,üzü aşağı düşür hündür bir dağdan sanki.Çox qəribədir.Belə olur hamıda?Belə olur,sən yanımda olmadıqda hər şey anlamın itirir?Demək ki,belə olurmuş..
Alnımı dirəyirəm pəncərəyə və düşünməyə çalışıram niyə belə olduğunu.Necədə qəribədir,necədə izzah edilməzdir.
Təsəvvür edirəm sənin dönüşünü,sənə necə sarılacağımı.Amma sən gələn zaman,sənə deməyəcəm sənin üçün darıxdığımı.Çünki,sən özün anlayacaqsan bunu....
 
Darıxıraaam....Yağış pəncərəmə pıçıldayır bunu.
Darıxıraaam....Küçədə gedən insanların ayaq səsləri deyir bunu mənə.
Darıxıraaam.....Bunu pıçıldayarkən,nəfəsimin izi qalır pəncərəmdə.Sözlər itmir pəncərəmdən...qalır orda.
Mən darıxıram sənin üçün...Tez-tez görürəm röyalarımda səni...Gəl!....Tez gəl......скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!