Hələ Də Sevirəm, Sevirəm Səni.

Hələ Də Sevirəm, Sevirəm Səni.
Sevgi Dünyası
10.09.2017 104
Günəşsən göylərdən enməyəcəkən,
Sənsiz nə çəkirəm bilməyəcəksən.
Bilirəm bir daha dönməyəcəksən,
Hələ də sevirəm, sevirəm səni.



Bu bahar könlümə qəmi,
Mən oldum dəryada yelkənsiz gəmi.
Çiçəklər baharı sevdiyi kimi,
Hələ də sevirəm, sevirəm səni.



Gedişin nə yaman agırmış, ağır,
Qulağıma səsdir, adımı çağır.
Üstümə qəm dolu yağışlar yağır,
Hələ də sevirəm, sevirəm səni.



Gözlərim yoldadır qulağım səsdə,
Ümidim çırpınır bir daş qəfəsdə.
Baş qoyub həsrətin qolları üstə,
Hələ də sevirəm, sevirəm səni.



Müəllif: Nüsrət Kəsəmənli.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!