ISTEYIREM KI?

ISTEYIREM KI?
Sevgi Dünyası
10.09.2017 12
Bu gün səni fikirləşirdim. Sadəcə elə zənn etdim ki, qarşımda dayanmısan və bütün qüvvəmi toplayıb sənin haqqında düşündüklərimi sənə demək istədim.
İstəyirəm ki, qəlbimdəki hər titrəyişimi, ürəyimdəki həyəcanımı, sənin adını səsləndirdiyimdə dodaqlarımın qəfil qaçışını, sənin haqqında danışdığımda gözlərimin parıltısını duyasan.
İstəyirəm ki, səni necə uca tutduğumu, mənim üçün nə qədər dəyərli olduğunu, səni hamıdan hətta özündən belə gizlədib, özlüyümdə necə əzizlədiyimi biləsən.
İstəyirəm ki, sənin üçün necə darıxdığımı, sənə nə qədər ehtiyacım olduğunu biləsən. İstəyirəm ki, hər səhər açılanda gözlərimi ilk açdığımda səni görəm, hər gecələrimi səninlə bitirəm sabahlarımı yenidən səninlə başlamaq üçün.
İstəyirəm ki, hər zaman yanında olub o fərəhli anlarında gözlərindəki o sevinci səninlə bölüşüm.
Lakin istəmədiyim bir şey var!
İstəmirəm ki, o gözəl gözlərində qəm, o sakit həzin baxışında tufanlı bir dəniz görəm, Hətta mənə çətin olsa belə mən onda da səninlə olmaq istəyirəm, o çılğınlı dalğaları belə yarıb, səninlə sahilə qovuşmaq istəyirəm.
İstəyirəm ki, mən hər zaman sənin yanında olum.
 Bilmirəm bəlkə də çox şey istəyirəm. Ancaq yenə də istəyirəm ki..скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!