Onda Bilməliydim.

Onda Bilməliydim.
Sevgi Dünyası
10.09.2017 32
Onda bilməliydim, bilə bilmədim.
Məni sənə unutduran çox şey var.
Sizin şəhəriniz səsli-küylüdü,
Bizim şəhərimiz səssiz dörd divar.



Səslərin içində itirdin məni,
Min cürə səs gəzdi, gecələrində.
Qaldım yetim kimi, kimsəsiz kimi,
Azdım o, səslərin küçələrində.



Ah! Sənin ürəyin çoxsakinli ev-
Süründüm o evdə dizlərimlə mən.
Gördüyünə gözlərim inananmadı,
Qanlı-bıçaq oldum gözlərimlə mən.



Könlümdə təəssüf, dilimdə heyif
Özüm öz bəxtimdə, qara yazıyam.
Dilini, sirrini bilə bilmədim,
Elə sən demişkən rayon qızıyam.



Üz tapdın, göz tapdın, eh !daha nələr,
Mənim ürəyimin qiyməti ucuz.
Onda bilməliydim fərqimiz çoxdu,
Sən Bakılı oğlan, mən Gəncəli qız.



Müəllif: Xəyalə Sevilскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!