++++++++++++++++++++++++++Sevgi Şerləri (3)

++++++++++++++++++++++++++Sevgi Şerləri (3)
Sevgi Dünyası
10.09.2017 7
Aldırma görsən yaşlar gözümdə

Mahnımız olacaq yenə dilimdə

Məktubun cibimdə, şəkilin əlimdə

Sabah bu şəhərdən ayrılacağam..



Aldırma sən mənim təkliyimə

Aldırma sən mənim gözyaşlarıma

Boşver səndə qalmış sabahlarıma

Biz taleyə badalaq taxmış adamıq.

++++++++++++++++++++++++++Sevgi Şerləri (3)



Alın sizin olsun bütün səltənətiylə dünya

Bütün saxtalığıyla həyat

Alın qucaqlayın könülünüz tərəfindən

O bitməyən ehtiraslarınızı

O dayanmayan eqoist eşqlərinizi!



Amma sən də bil ki

Yağışlar tərəfindən sevdim səni

Yağışlar tərəfindən sənə yandım

Xatırla dərya gözlüm

XATIRLA EŞQİM..



İzah edəcək nələrim var bir bilsən

İçimdə qiyamlar qopmuş

Özümü sürgünə verdim

Xoşbəxtliyim çoxdan müflisləşmiş

Etiraza haqqım yox bilirəm

Səni sevirəm..



Qəflətən itdin künc başında

Vaxtsız bir zəlzələ qopdu bağrımda

Özümü itirdim işdə o anda

İnan ki dünyanı yıxasım gəldi!

Ardına baxmadan getdin o gediş

Ürəyimi qoparıb atasım gəldi

Bu vida gerçəkmi inana bilmədim

Başımı daşlara vurasım gəldi!



Aramızda dağlar var

Aramızda uçurumlar

Yaxınlaşma yanılarsan

Mən öldüyümü bilərəm

Sən yaşadığını sanarsan

Özünü bilmədən daha

Məni tanıya bilməzsən...



Tərcümə etdi: PRETTY_GİRL

++++++++++++++++++++++++++Sevgi Şerləri (3)



скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!