Yaman Darıxmışam.

Yaman Darıxmışam.
Sevgi Dünyası
10.09.2017 34
Yaman darıxmışam səninçün,yaman!

Mən əsir düşmüşəm öz istəyimə.
Nifrəti gizlətmək asandan asan,
Sevgini gizlətmək mahalmış,demə!



Haraylar yüksəlir könüldən yenə,
Bu necə haraydı,bu necə haydı?
Öhdəmdən gələrdim…Gözüm üzünə,
Qulağım səsinə darıxmasaydı.



Yaman darıxmışam…Bu nədir yenə,
Ağlım sağa baxır,ürəyim sola.
Ürəyim dönübdür göy göyərçinə,
Qonub sən gedəli sən gələn yola.



Yaman darıxmışam…Hər axşamçağı
Arzumu günəşin telinə sardım.
Mənimlə olsaydı,mən darıxmağı,
Zamana ən uzun ölçü sanardım.



Yuxuma gəlmişdin…Qısıldıq küncə,
Danışdıq…Yel əsdi…Dağıldı dərd-qəm.
Kölgəyə dönmüşdüm,səni görüncə,

Sənin işığında yox oldu kölgəm.



Müəllif:Bəxtiyar Vahabzadəскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!