Onu Niyə Sevirik?

Onu Niyə Sevirik?
Sevgi Dünyası
10.09.2017 36
Mülayim
görünüş, xarakter, hərəkətlər,davranışlar....Bu sözləri sonsuz olaraq sadalaya
bilərik.
İlk növbədə,insanı onun sadəcə var olduğuna
görə sevirlər.  Ona görə sevirlər ki,
qarşı insanda hər bir şey yaxşıdır və bununçun heç də önəmli deyil,siz birlikdəsiniz,
yoxsa yox..Ehtirasa görə sevmirlər, sadəcə əldən tutaraq sevirlər və ya sadəcə
burundan öpərək, bağrına basaraq sevirlər... Və heç də önəmli deyil sevdiyinin
cibində indi nə qədər pul var və ya o sənə nə qədər buket güllər hədiyyə edib,
neçə cür bahalı restoranlara şam yeməyinə dəvət edib..Əgər insan sevilirsə,önəmli
deyil indi o necə geyinib, önəmli deyil o bu gün hansı markadan tufli
seçib...sevəndə onun ətrini sevirlər, bu dünyada sənə görə ən  gözəl ətir olur.Sevəndə onun gözlərini ,gülüşünü
və bütün hətta onun çatışmazlıqlarını sevirlər..Sevdiyin insanı sadəcə möhkəm-möhkəm
qucaqlamaq və bir də heç vaxt heç bir yerə buraxmamaq istərsən.Sevdiyin insan-
dünyada ən yaxşı insan olar, o insan ki, siz heç vaxt ona pis nəsə arzulaya
bilməzsiniz və ona görə hər zaman hər şeyə hazır ola bilərsiniz! Sizin olan
insanların qədrini bilək..Və özümüzü aldadaraq 2-3 günlük xoşbəxtliklərin
ardiyca qaçmayaq,çünki bizim xoşbəxtliyimiz sadəcə sevdiklərimizin
yanındadır..Yadda saxlayın, həyatda aldatmaq olar,kimi istəsək aldada bilərik,amma
bir tək özümüzü yox! Sevin və hər zaman sevimli olun! Amma sevəndə həqiqətən və
tam səmimi qəlblə sevin,çünki buna görə yaşamağa dəyər...скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!