+++++++++++++++"Əziz Anama"

+++++++++++++++
Sevgi Dünyası
10.09.2017 31
Gecələr yatmayıb yuxusuz qalan,
Bizi əzizləyərək sevən anadır.
Bizi yedizdirib özü ac qalan,
Bizi yetişdirib böyüdən anadır.
Ana əyilməzdir, ana müqəddəs,
Qoy bütün dünyaya yayılsın bu səs.
Bir insan havasız yaşaya bilməz,
Bizə havadan da vacib anadır.
Ey dünya, səsimə səs ver mənim,
Anadır həyatda mənim həmdəmim,
Anadır sevincim, anadır qəmim,
Mənim həyatım da, elə anadır.
Anadır dünyada ən böyük sərvətim,
Saxlamaq lazımdır onun hörməətin,
İstəyir övladının görsün mürvətin.
Mənim ən böyük arzum ancaq ANAdır.

Müəllif:Asifскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!