Sevgi nədir?

Sevgi  nədir?
Sevgi Dünyası
10.09.2017 50
 Sevmək inanmaqdır.


Sevmək yaşamaqdır.


Sevmək paylaşmaqdır. 

Sevdiyi ilə sevgisini bölüşməkdir. 

Sevdiyi ilə qəlbini bölüşməkdir. Sevgidə son yoxdur. Sevgilər heç bir zaman sona çatmazlar. Bitən sevgilər yoxdur, bitmiş kimi görünən sevgilər vardır. Vaz keçmək də yoxdur sevgidə. Yaşandıqca yaşadılar sevilən. Vaz keçmək yoxdur, vaz keçmiş kimi görünmək vardır ona görə.

Sevməkdə istəmək yoxdur. Sevginin olduğu yerdə sona çatar istəklər. Bir şey varsa istədiyin bu sənin üçün deyil, sevdiyin üçün istədiyindir. Ondan onun adına istəyərsən.

Sevmək ölməkdir. Sevmək, ölməsini bilməkdir. Onun əli, qolu, gözü, ürəyi olmaqdır. Amma artıq onun bir şeyi olmadığını bildiyin zaman ölməyi bilməkdir!

Sevmək çox uzaqlarda olsa belə yaşamaq və yaxın olmaqdır sevdiyinə.
Bəs sizcə sevgi nədir?
 


 

 

 

 

 скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!