Bezmişəm...

Bezmişəm...
Sevgi Dünyası
10.09.2017 37
 
Bezmisənmi dedilər?
Bezmişəm dedim.
Naşükürsən dedilər...
Doğrudur, bezmişəm...
Vəfasız övladlardan bezmişəm.
Qocalar evində hər gün pəncərə önündə övlad yolu gözləyən valideynləri görməkdən bezmişəm.
Valideyn adını daşımağa layiq olmayan insanlardan bezmişəm.
Uşaqlar evində ana deyib ağlayan uşaqların səsini eşitməkdən bezmişəm.
Bütün ifaları əzbər bilib, namazın sözlərini belə dərk etməyənlərdən bezmişəm.
AZAN sədası gələrkən əvəzində musiqi dinləyən "insanlar"dan bezmişəm.
Namaza 15 dəqiqə vaxt ayıra bilməyən, lakin internetdə gününü keçirənlərdən bezmişəm.
Müsəlmanam deyib kelmeyi-şəhadətini belə bilməyən məxluqlardan bezmişəm.
Başqasının bacısına, qızına sataşan "oğullardan" bezmişəm.
Yay gəldimi dəbdi deyib geyimini bilməyən "xanımlardan" bezmişəm.
Oxuyub, əziyyəti heç olan şəxsləri görməkdən — diplomlu fəhlələrdən bezmişəm.
Azərbaycanda yeni dostlarla tanışlıq zamanı ilk sualın "haralısan" olmağından bezmişəm.
İnsanların qınağından bezmişəm.
Yalandan, şərdən, böhtandan bezmişəm.
Dost deyən kürəyin ağrımasından bezmişəm.
Hər dəfə "necəsən" sualına yalan cavab verməkdən bezmişəm.
Bəzənsə sadəcə özümdən bezirəm. Bir anlıq çaşqınlıqla niyə bunu mən yaşadım? dediyim üçün. Qəbullana bilmədiyim üçün...
Çoxmu naşükürəm? dedim. Susdu...
Mən ki sadəcə bezməkdən bezmişəm...
скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!