+++++++++++++Gələcəyin “Kaş ki” lərinə İnad Yaxşı Ki Sənsizəm

+++++++++++++Gələcəyin “Kaş ki” lərinə İnad Yaxşı Ki Sənsizəm
Sevgi Dünyası
10.09.2017 20


Xatırlayırsan? Xəyallarımız var idi və ya sadəcə mənim xəyallarım idi, bilmirəm.
Bax o xəyallar yıxıldı bilirsənmi? Sən yıxdın. Halbuki mən nə çox inanmışdım o xəyallara.
Uşaqdım. Safdım. İnandım.

Amma sən məni aldadacaq qədər böyükmüşsən.
Görmədim.Bilmədim.

Bu kiçik qəlb səninlə böyüdü. Sənin verdiyin dərdlərlə, söylədiyin yalanlarla. Gündən günə böyüdü.
Sən görmədin.

Hələ uşaq sandın, təkrar GƏLDİN aldatmağa.
Bacara bilmədin, olmadı.

Bu kiçik qəlbin səni unuda biləcəyinə, sildiyinə, İNANA BİLMƏDİN və getdin. Heç bir söz demədən.

Amma gedərkən o vecinə olmayan hərəkətini görəndə o zaman inandım və anladım ki, sən heç vaxt dəyişməyəcəksən.

Artıq dəyişmə,
GET,
Və bir daha DÖNMƏ

Yaxşı ki, getdin, məni özümlə baş-başa buraxdın.

Keçmişdə "YAXŞI Kİ” olmadın,
Gələcəkdə "KAŞ Kİ” olma deyə,
İndi səndən əl çəkirəm.

"KAŞ Kİ” lərinin yerini "YAXŞI Kİ” lər alsın deyə!

"KAŞ Kİ” lərə inad olsun,
Sənsizliyə olan "YAXŞI Kİ”
 
скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!