Anam Canım Çox Yanır

Anam Canım Çox Yanır
Sevgi Dünyası
10.09.2017 27

Anam, canım çox yanır. Bilmirəm yaşadıqlarımdanmı yoxsa yaşamadıqlarımın peşmançılıqlarındanmı. Nə zaman böyüdüm? Mənə hər zaman deyərdin daşın üzərində oturma soyuq olar. Bunu deyərkən bir də kimsəyə aşiq olma canın yanacaq desəydin... Bəlkə onu sevməzdim. Anam, söyləmə.Kimsəyə onu sevdiyimi söyləmə. Hər gün gülərək başladığım günümün ağlayaraq bitdiyini söyləmə. Hər kəs elə bilir ki, mən aşiq olmaram. Hardan bilsinlər ki, sevdanın ən dərinini yaşadım. Səssiz yaşadım. Ondan xəbərsiz yaşadım. Özümdən xəbərsiz yaşadım. Bəlkə onu sevdiyimi bu qədər gec anlamasam , zamanında sevdasına qarşılıq verərdim. Bilmirəm ki, omu getməyə tələsdi yoxsa mənmi sevdiyimi gec anladım. Boş ver deyirəm. Amma boş yerə. İçimdə bir ağrı var. Hər gün bir az daha böyüyür. Anam, bu ağrı hələ çox böyüyəcək? O varkən belə deyildim. Uzaqdan seyr edərdi, varlığı vardı amma indi yoxdur. Onsuzluq hər keçən gün daha çox böyüyür. Anam, söyləmə. Kimsəyə onu gizlin sevdiyimi söyləmə. Ondan xəbərsiz sevdiyimi söyləmə. Hər kəs məni cəsarətli bilir. Amma mən cəsarətsizliyimə görə onun gedişini izlədim. Hər kəs düşünür ki, mən çox güclüyəm, iradəliyəm. Haradan bilsinlər ki, mən zəifliyimin nəticəsində indi başımı dizinə qoyub ağlayıram. Bəzən film izlərkən ağlayıram. Duyğusaldır deyirlər. O an gözlərimin önündə öz həyat filmim canlanır. Nəfəs alıramsa yaşayıra, anam? Mən niyə yaşadığımı hiss etmirəm? İndi gedib səni sevirəm desəm...Xeyr. Xeyr, Anam, sən ağlama. Mənim üçün göz yaşını axıtma. Mən o zaman ölərəm. Mən onu uzaqdan sevməyə alışdım . Necə ki o məni uzaqdan sevməyə alışdı. Mən sadəcə sənin nağılların üçün darıxmışam. Biri var biri yox-la başlayan və xoşbəxt sonluqla bitən nağılların üçün. Böyüdüyüm zaman nağıldakı kimi xoşbəxt sonluq yaşayacağıma inandırdım özümü. Ən çox da canımı nə yandırır bilirsən, anam? Birisi ayrılıqdan, sevdadan danışarkən anlayıram desəm. Sən nə yaşamısan , anlaya bilməzsən dedikləri zaman doğrudur deyib, susmaq... Susdum... Necə susub, ürəyimin ən dərinində yaşadımsa yenə susacam. Və həyata yenidən başlayacam...
скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!