+++++++++++"Sevdiyi mən deyildim"

+++++++++++
Sevgi Dünyası
10.09.2017 21

Həyat bir oyun deyənlər, haqsız idimi görəsən?
Oturdu yatağına. Divara baxdı yavaşca. 
"Sevdiyi mən deyildim." dedi, "Məni heç sevmədi."
Divardan bir reaksiya gözləyər kimi idi. Bir neçə saniyə baxış idi soyuq daşlarla. Və davam etdi:

"Sevdiyi mən olsaydım, evləndiyimizdə tac tax deməzdi mənə. 'Sən nə taxsan tax, gözəlsən mənim üçün.' deyərdi. Sevdiyi mən olsaydım, məni sevmə səbəbini unutmazdı. Cana yaxınım deyə aşiq olmuşdu ya mənə... Cana yaxınım deyə dəfələrlə qız idi köpürdü sonra. Məni sevsəydi məni mən edən şeyləri də sevərdi, onun kimi olmamı gözləməzdi. O yalnız özünü sevdi. O xəyalindəki qızı sevdi. Buna görə həmişə sifariş verdi, həmişə xəyalindəki qadını təsvir etdi. Sıxışıb qaldım onun qəliblərində. Sevdiyi heç bir zaman, mən olmadım əslində."

Divar donuq donuq baxdı qızın üzünə. Dili olsaydı əgər, haqq verərdi söylədiklərinə.
Çünki qız itaət etdiyi qədər sevgi görmüşdü bu zamana qədər.
Və oğlanın başındakı qız qədər idi sevgi demək.
Qız nə vaxt ki o qızdan başqa biri oldu, nə vaxt ki öz bədənində həyat tapdı... o zaman tükənmişdi onlar üçün son eşq ümidi.
Və eşq elə bir səssizliklə bitdi ki... Faili hər vaxt məchul oldu.
скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!