Sənsizlik

Sənsizlik
Sevgi Dünyası
10.09.2017 26
Həyat öz qoynuna alsa da bizi
Ayırdı döyünən ürəyimizi
Bəlkə…bilməmişdir hisslərimizi ?!
Gözümdən yaşları süzür , sənsizlik,

Məni ölümlərə sürür sənsizlik !
Ömür ki, qısadır sevgimiz kimi
Dəniz də coşqundur , qəmimiz kimi
De mənə aldadır axı kim-kimi ?

Ləpə sahilimdə üzür sənsizlik
Məni ölümlərə sürür sənsizlik !
Baxışın qəlbimi oda salıbdır
Eşqin xəyalımda sənlə dalıbdır

Eşitsən əzrayıl başım alıbdır….
Xəyalın başımda dönür sənsizlik
Məni ölümlərə sürür sənsizlik !
Daim gizli qaldı səni sevdiyim

Bilmirəm hicranla qalıb neyliyim
Sevgim məzaramı qalsınmı deyim ?!
Məncə günah olar bürür sənsizlik
Məni ölümlərə sürür sənsizlik !
скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!